Salyanda ağır yol qəzası olub, xəsarət alanlar var

19:08 - 23 Mart 2022 - HADİSƏ

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobillərindən biri qarşıdakı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində Bakı şəhər sakinləri - 1969-cu il təvəllüdlü Rəhimova Gülnarə İdris qızı, 1996-cı il təvəllüdlü Rəhimova Leyla Natiq qızı və 1969-cu il təvəllüdlü Məhərrəmova Sədaqət Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar əvvəlcə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti