Füzulidə 26 yaşlı sürücü yük maşını ilə minaya düşüb - YENİLƏNİB

16:16 - 23 Mart 2022 - HADİSƏ

Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.

APA-nın xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.

Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

13:40

Füzulidə mülki şəxs minaya düşüb.


 Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb, nəticədə ağır bədən xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda həmin faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti