Xaçmazda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

12:42 - 23 Mart 2022 - HADİSƏ

Xaçmaz rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Xaçmaz rayonu Seyidli kəndində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti