Tovuzdakı qəzanın təfərrüatları - FOTO

12:34 - 23 Mart 2022 - HADİSƏ

Tovuzda baş verən qəzanın təfərrüatları məlum olub.

APA-nın xəbərinə görə, hadisə ötən gecə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb, daha sonra yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 31 yaşlı Murad Əsgərov və onun atası Akif Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır


Xəbər xətti