Bakıda hündürmərtəbəli binalardan oğurluq edən şəxs saxlanıldı

11:38 - 23 Mart 2022 - HADİSƏ

Bakıda hündürmərtəbəli binalardan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonunun 9-cu mikrorayon ərazisindəki 13 hündürmərtəbəli yaşayış binasının liftlərindən elektrik naqillərini və müxtəlif texniki avadanlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən Ağsafa rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sultan Rzayev saxlanılıb.

Araşdırma aparılır.

 

Xəbər xətti