Bakıda qadını avtomobil vurub
08:46 - 23 Mart 2022 - HADİSƏ
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Şamiyeva Aynurə Əsədulah qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.///report