Bakıda 62 yaşlı kişi yanaraq ölüb
08:29 - 23 Mart 2022 - HADİSƏ
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Abbasov Nadir Ağadadaş oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.