Ərdoğandan Qara dənizdəki minalarla bağlı AÇIQLAMA

23:24 - 22 Mart 2022 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə üzən minalarla bağlı məsələyə aydınlıq gətirib.

O, bu barədə ölkəsinə səfər edən Niderlandın baş naziri Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransı zamanı açıqlama verib.

“Hazırda bu məlumat müzakirə olunur. Bununla bağlı Milli Müdafiə Nazirliyimiz bütün tədbirləri görür. Lazım olan hər şey ediləcək. Narahat olmayın”, - deyə Türkiyə lideri bildirib.///oxu.az

Xəbər xətti