Sumqayıtda qəza olub, xəsarət alan var - FOTO

21:27 - 22 Mart 2022 - HADİSƏ

Sumqayıtda xəsarətlə nəticələnən qəza baş verib.

Hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

“Xəzər” markalı avtomobil kuryer xidməti ilə məşğul olan motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü 2001-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Elgün Səfərov xəsarət alıb.

21 yaşlı gənc təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti