Xaçmazda martın əvvəlində itkin düşən 25 yaşlı gəncin meyiti tapılıb.
Martın 4-dən itkin kimi axtarışda olan 1997-cı il təvəllüdlü Vüsal Nəzərovun meyiti Muxtadır qəsəsində yerləşən yarımtikilidə asılmış vəziyyətdə aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. V. Nəzərovun intihar etməsi və yaxud kimsə tərəfindən qətlə yetirilməsi üzrə araşdırma gedir.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğun istintaq hərəkətləri davam etdirilir.///apa