Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “TIR” maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.