Ucarda 44 yaşlı kişi intihar etdi

15:27 - 22 Mart 2022 - HADİSƏ

Ucar rayon sakini intihar edib.

Hadisə rayonun Qazyan kəndində baş verib. Kənd sakini 44 yaşlı Xəqani Cavadov yaşadığı evin həyətində özünü asıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. X. Cavadovun üç övladının olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti