Mingəçevirdə ikimərtəbəli ev yanıb

14:17 - 22 Mart 2022 - HADİSƏ

Mingəçevirdə ikimərtəbəli evdə yanğın olub.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 190 m² olan ikimərtəbəli evin birinci mərtəbəsinin mətbəxində 6 m² sahədə mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti