Bakıda 76 yaşlı kişi itkin düşüb.
Paytaxtın Nəsimi rayonunda 1946-cı il təvəllüdlü Nikolay Velizhanin ötən gün saat 18 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Ailə üzvləri APA-ya açıqlamasında bildiriblər ki, evdən çıxarkən onun əynində qara gödəkcə, göy cins şalvar, gözündə eynək, əlində əsa, başında qara papaq olub.
Hadisə ilə bağlı polisə və 102 qaynar xəttinə müraciət olunub.