Ukraynada azərbaycanlı həlak oldu - Foto

12:06 - 22 Mart 2022 - HADİSƏ

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu - 22 yaşlı azərbaycanlı Əhmədov Şahin Cabir oğlu Ukraynada gedən döyüşlərdə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, onun nəşi artıq Azərbaycana gətirilib.

Qeyd edək ki, Ş. Əhmədov Rusiyanın Vladiqafqaz şəhərində doğulub boya-başa çatıb. O, Azərbaycan diasporunun nümayəndəsi olub, 58-ci Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib.

 

Xəbər xətti