Tərtərdə kanalizasiya qapaqları oğurlayan şəxs həbs olundu

11:53 - 22 Mart 2022 - HADİSƏ

Regional Sukanal İdarəsinin Tərtər Sukanal Sahəsindən Rayon Polis Şöbəsinə Yeni qəsəbə ərazisindən kanalizasiya qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Rəşad Məmmədov saxlanılıb.

R.Məmmədov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və o, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.///Apa

 

Xəbər xətti