Zelenski Putinlə Krım və Donbası müzakirə etməyə hazırdır
07:45 - 22 Mart 2022 - DÜNYA
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbəri Vladimir Putinlə nə barədə danışmağa hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Zelenski mətbuata müsahibəsində deyib.
Zelenski işğal olunmuş Krımın və Donbasın Ukraynanın nəzarəti altına qaytarılması məsələsini “hamı üçün çətin tarix” adlandırıb. Dövlət başçısı qeyd edib ki, Putinlə Krım və Donbası müzakirə etməyə hazırdır.