Rusiyanın 1 təyyarəsi, 4 PUA-sı vuruldu

10:42 - 21 Mart 2022 - DÜNYA

Ukrayna qırıcıları dünən Rusiya ordusunun 7 hava hədəfini vurub, texnika dəstələrinə və canlı düşmən qüvvələrinə sarsıdıcı zərbələr endiriblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 21-də yerli vaxtla saat 06.00-a olan operativ məlumatında bildirilib.
Rusiya ordusunun 1 təyyarə, 4 PUA və 2 qanadlı raketinin vurulduğu qeyd olunur.

Bundan əlavə, qeyd olunur ki, bombardmançı və yerüstü hücum təyyarələri texnika və Rusiya ordusunun canlı qüvvəsinə sarsıdıcı zərbələr endirilib.
Baş Qərargahdan qeyd edilib ki, son 24 saat ərzində Müdafiə Qüvvələrinin mövqeyi və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib.

Həmçinin bildirilib ki, Rusiya ordusu yerli əhaliyə qarşı terror törətməkdə, müvəqqəti işğal olunmuş əraziləri talan etməkdə davam edirlər.

Xəbər xətti