Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ölüb. Hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.///apa
***
Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ağır yaralanıb. APA-nın məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri, Şirvan sakini 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.