Ukraynada Rusiyanın itkiləri açıqlanıb
15:01 - 20 Mart 2022 - DÜNYA
Ukrayna Rusiyanın itkilərini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"da paylaşım edib.Qeyd edilib ki, fevralın 24-dən martın 20-dək Rusiyanın 96 təyyarəsi, 118 vertolyotu, 476 tankı, 230 artilleriya sistemi, 1 487 zirehli döyüş maşını, 44 hava hücumundan müdafiə qurğusu, 947 avtomobil texnikası, 3 kateri, 60 sisterni, 21 dronu, 12 xüsusi texnikası məhv edilib.
Ukrayna Baş Qərargahı Rusiya tərəfinin 14,7 min canlı qüvvəsini itirdiyini bildirib.