Təmir sexi içərisindəki avtomobillə bərabər yanıb
09:10 - 20 Mart 2022 - HADİSƏ
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin dam örtüyü və içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.