Bolqarıstan Rusiya qazından imtina edir
02:27 - 20 Mart 2022 - DÜNYA
Bolqarıstanın Baş nazirinin müavini Asen Vasilyev yerli radioya bildirib ki, Ukrayna münaqişəsi səbəbindən Rusiya ilə qaz təchizatına dair müqavilənin yenilənməsi üçün danışıqlar aparmaq mümkün deyil.
Bolqarıstanın “Gazprom” şirkəti ilə müqaviləsi 31 dekabr 2022-ci ildə başa çatır.“Hazırki şəraitdə “Gazprom”la danışıq aparmağa imkan yoxdur, lakin alternativlər mövcuddur” – deyə Vasilyev vurğulayıb.