Dosent Tağıyeva Zemfira vəfat edib

18:19 - 19 Mart 2022 - HADİSƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti dünyasını dəyişib.

Tağıyeva Zemfira Əsgər qızı 82 yaşında vəfat edib.

Qeyd edək ki, Z. Tağıyeva 1940-ci il Bakı şəhərində anadan olub. ADPU-nin “Hesablama riyaziyyatı və informatika” kafedrasının müəllimi və dosenti idi.

Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı və təhsil nazirinin əmri ilə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilib.


Xəbər xətti