Bakıda 21 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı

17:56 - 19 Mart 2022 - HADİSƏ

Bakıda 21 yaşlı qadın intihar edib.

Hadisə martın 18-də paytaxtın Nizami rayonunda qeydə alınıb.

2001-ci il təvəllüdlü Sevinc Həsənli kirayədə yaşadığı 9-cu mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü atıb. Onun Beyləqan rayon sakini olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti