Ruslar Kiyevdə mülki əhalini atəşə tutdu - 7 ölü, 5 yaralı

17:31 - 19 Mart 2022 - DÜNYA

Kiyev vilayətində Makarov kəndinə minaatanların endirilməsi nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb. "Martın 18-də işğalçılar Buçanski rayonunda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar. Düşmənin Makarovu atəşə tutması nəticəsində 7 dinc sakin həlak olub. 5 nəfər yaralanıb və xəstəxanadadır", - məlumatda deyilir. Bildirilir ki, atəş nəticəsində yaşayış binaları dağılıb, inzibati bina və digər tikililərə ziyan dəyib.

Xəbər xətti