47 yaşlı kişi özünü "rastvoritel"lə yandırdı

17:23 - 19 Mart 2022 - HADİSƏ

Bakıda intihar hadisəsi olub.

Hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

47 yaşlı İsmayılov İsrayıl Bayram oğlu yaşadığı evdə özünü "rastvoritel"lə (kimyəvi qatqı) yandıraraq həyatına son qoyub.

Onun hansı səbəbdən özünə qəsd etməsinin səbəbi hələlik dəqiq bilinmir.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti