Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu və insan alverində təqsirləndirilərək həbs edilən sahibkar Fazil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F. İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, F. İsmayılov Bakının Sabunçu rayonu ərazisində heyvandarlıq fermasında sahibi olduğu müddətdə fermada 2 nəfər çobanı qanunsuz olaraq saxlayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində fermanın ünvanı müəyyən edilib və həmin şəxslər azad edilib.
F. İsmayılova qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 144-1-ci (insan alveri) maddələri ilə ittiham elan edilib.///Apa