Şəmkirdə xəstəxanadan oğurluq edənlər saxlanıldı - FOTO

11:18 - 18 Mart 2022 - HADİSƏ

Şəmkirdə xəstəxanadan oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən xəbərə görə, Şəmkir rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon Mərkəzi Xəstəxanasının binalarının birindən ümumi dəyəri 4700 manat olan dam örtüklərini oğurlamaqda şübhəli bilinən rayon sakinləri - Qəşəm Hacıyev və Yusif Yunusov saxlanılıb.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Xəbər xətti