İki gün əvvəl avtomobilin vurduğu qız xəstəxanada öldü

09:42 - 18 Mart 2022 - HADİSƏ

İki gün qabaq yolda anası ilə birlikdə avtomobilin vurduğu qız xəstəxanada ölüb.

Martın 16-da Xəzər rayonu, Buzovna qəsəbəsində şəhər sakini Hikmət İbrahimlinin idarə etdiyi "Daewo" markalı avtomobil hərəkətdə olan zaman 1985-ci il təvəllüdlü Abbasova Elmira Rafiz qızı və onun 2005-ci il təvəllüdlü qızı Abbasova Fatimə Rafiz qızını vurub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Fatimə Abbasova bu gecə xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.///Apa

Xəbər xətti