“Zelenski Putinlə razılıq əldə etməsə, kapitulasiya aktını imzalamalı olacaq” - Lukaşenko

16:52 - 17 Mart 2022 - DÜNYA

Belarus lideri Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin Ukrayna dövlət başçısı Vladimir Zelenskiyə tam məqbul sayıla biləcək sülh variantı təklif etdiyini bildirib.

O, eyni zamanda, Belarus ərazisinə son həftədə Ukraynadan 2 dəfə “Toçka-U” raketinin atıldığını qeyd edib.

Lukaşenko Ukraynanın Belarusa qarşı eskalasiyanı davam etdirəcəyi təqdirdə, buna cavab verəcəklərini vurğulayıb.

O əlavə edib ki, Zelenski Putinlə razılıq əldə etməsə, kapitulyasiya aktını imzalamalı olacaq.///Apa

 

Xəbər xətti