Azərbaycan Aİ, BMT və Dünya Bankının birgə “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr aparıb.
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində paylaşım edib.
"İşğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında Səhra missiyası həyata keçirilib. Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir",- deyə paylaşımda qeyd olunub