Rusiya Avropa Şurasından çıxarıldı

17:55 - 16 Mart 2022 - DÜNYA

Bu gündən etibarən Rusiyanın Avropa Şurasında üzvlüyü rəsmi olaraq dayandırılıb.


Ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.

Qeyd edək ki, Rusiya 1996-cı ildə Avropa Şurasının üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib. Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib.///report


Xəbər xətti