Rəsmi Ankara Türkiyə, Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək istəyir

17:21 - 16 Mart 2022 - DÜNYA

“Liderlər səviyyəsində qəbul olunası qərarlar var”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin üçtərəfli görüşünü təşkil etmək istəyir: “Amma vacib olan müzakirənin harada keçiriləcəyi deyil. Əsas məsələ müzakirənin başlanmasıdır”.///report

Xəbər xətti