Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var - FOTO

16:38 - 16 Mart 2022 - HADİSƏ

Bakıda qəza nəticəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından “Report”a bildirilib ki, hadisə zamanı üç kişi xəsarət alıb.

Qeyd edilib ki, yaralılardan birinə döş qəfəsinin əzilməsi, digərinə sağ baldır sümüyünün travmatik çıxığı, o birinə isə alın nahiyəsinin dərialtı hemotoması, sol qulaq sırğanın cırılmış yarası diaqnozu qoyulub: “Daha sonra həmin şəxslərdən ikisi müayinə olunaraq evə buraxılıb, digərinin isə müalicəsi davam edir. Vəziyyətləri kafidir”.

14.06

Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var.

Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, aeroport yolunda hərəkətdə olan betonqarışdıran maşın idarəetmədən çıxaraq "Opel" markalı avtomobilin üzərinə aşıb: "Nəticədə "Opel"də olan şəxslər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları, təcili tibbi yardım briqadası cəlb olunub. Qəza zamanı yolda sıxlıq yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir".

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti