Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib

14:15 - 16 Mart 2022 - Cəmiyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.

O, qardaşı mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovun yanında dəfn edilib.

Dəfn mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


12:19

Nizami Kino Mərkəzində Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, vida mərasimində Xalq yazıçının ailəsi, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

R.İbrahimbəyov Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.

Xəbər xətti