İstehlaka yararsız süd məhsulları məhv edilib

11:29 - 16 Mart 2022 - Cəmiyyət

İstehlaka yararsız süd məhsulları məhv edilib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Belə ki, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 29.73 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Xəbər xətti