Rusiya Avropa Şurasından çıxdı

20:56 - 15 Mart 2022 - DÜNYA

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın Avropa Şurasından çıxmasına dair bildirişi təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlikdən bildirilib ki, fevralın 25-də Rusiyanın Avropa Şurası orqanlarında təmsilçiliyinin dayandırılmasına qərar verilib. Bu səbəbdən Rusiya quruma üzvlüyünün dayandırılması üçün martın 15-də Baş katibə müraciət edib.

Xəbər xətti