Mikroavtobus minik avtomobili ilə toqquşub, çox sayda yaralı var - FOTO

19:55 - 15 Mart 2022 - HADİSƏ

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

Hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti