Baş katib: “NATO Ukraynaya hərbi dəstəyini davam etdirəcək”

19:32 - 15 Mart 2022 - SİYASƏT

NATO Ukraynaya silah və humanitar dəstəyini davam etdirəcək. APA xəbər verir ki, bunu alyansın Baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında belə deyib.“Müttəfiqlər Ukraynanı antitank və hava hücumundan müdafiə sistemləri, dronlar, sursat və yanacaq da daxil olmaqla nəzərəçarpacaq miqdarda vacib ləvazimatlarla təmin edib. Təlimlər və bu ləvazimatlar Ukraynanın özünü müdafiə etməsinə yardım edir. Ukraynanın BMT Nizamnaməsində əks edilmiş fundamental özünümüdafiə haqqı var və NATO müttəfiqləri və tərəfdaşları bu hüquqların qorunması üçün Ukraynaya hərbi ləvazimat, maliyyə və humanitar yardımları davam etdirəcək”, - Stoltenberq bildirib.

Xəbər xətti