Rusiyanın “Aeroflot” şirkəti Azərbaycana uçuşları bərpa edəcək.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Şirkət Azərbaycana uçuşların bərpa olunacağı tarixin martın 21-i olduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” martın 8-dən Minskə uçuşlar istisna olmaqla, xaricə bütün aviareyslərin yerinə yetirilməsinin dayandırıldığını açıqlamışdı.