Bakıda restoranda yanğın olub

14:22 - 15 Mart 2022 - HADİSƏ

Bakıda restoranda yanğın baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 225 m² olan fəaliyyət göstərməyən restoranın mətbəxində havalandırma sisteminin mühərriki yanıb.

Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti