Ukraynada Rusiyanın daha 4 helikopter və 1 təyyarəsi vuruldu

11:16 - 15 Mart 2022 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiyaya məxsus 4 helikopter, 1 təyyarə və 1 qanadlı raket vurub.

Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilir ki, ukraynalı hərbçilər Mariupol şəhərində Rusiya hərbçilərinin hücumunu dəf edib.

“Düşmənin ümumi itkiləri təqribən 150 nəfər, 2 tank, 7 piyadanın döyüş maşını (PDM) və 1 zirehli transportyor (ZTR) təşkil edib. Qarşı tərəf verilən itkilərdən sonra hücumu dayandırıb və geri çəkilib”, - deyə məlumatda qeyd olunub.

Xəbər xətti