Lənkəranda avtomobil tələbələri vurub

00:02 - 15 Mart 2022 - HADİSƏ

Lənkəranda avtomobil piyadaları vurub.

Hadisə akademik Zərifə Əliyeva küçəsində baş verib. “VAZ-21015” markalı 42 BN 015 dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayon sakini, 2002-ci il təvəllüdlü Mirkənan Ramiz oğlu Əsədovu və həmyerlisi, 2003-cü il təvəllüdlü Rəvan Hidayət oğlu Həsənovu vurub.

Sürücü hər iki yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyətləri orta ağır qiymətləndirilir.

Yaralıların hər ikisinin Lənkəran Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti