İcra başçısının köməkçisi saxlanıldı

23:00 - 14 Mart 2022 - HADİSƏ

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev (İsayev Vahid Zahid oğlu) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Baş Prokurorluqdan “Report”a məlumatı təsdiqləyiblər.

Onun nə üçün saxlanıldığı açıqlanmır.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib.

Xəbər xətti