Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, martın 13-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisində Ə.Nəcəfov idarə etdiyi “KamAZ” markalı yük avtomobililə 30-35 yaşlı kişini vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.