Bakıda "London taksi"si iki nəfəri vurub, ölən var

11:00 - 14 Mart 2022 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar -1992-ci il təvəllüdlü Nurlan Hümbətov və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub.

Hər iki piyada xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Nurlan Hümbətov orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.///apa

Xəbər xətti