Ukraynada Rusiyanın daha dörd qırıcısı vurulub

07:52 - 14 Mart 2022 - DÜNYA

Martın 13-də Ukrayna hərbçiləri Rusiya ordusunun dörd döyüş təyyarəsini, üç helikopterini və bir dronunu məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. “Martın 13-də gün ərzində dövlətin hava hücumundan müdafiə qüvvələri işğalçıların dörd təyyarəsini, üç helikopterini və bir pilotsuz uçuş aparatını vurub. Xüsusən də Kiyev vilayətində strateji istiqamətlərdən birində düşmənin Su-35, Su-34 və Su-25 kimi qırıcılarından ibarət qrup ukraynalı hərbçilərin müdafiə istehkamlarına zərbələr endirməyə cəhd göstərib. Hava hücumundan müdafiə qüvvələri düşmənin hava hədəflərinə zenit raketləri endirib. İlkin olaraq düşmənin üç təyyarəsi vurulub”, - məlumatda deyilir. Bundan əlavə, zenit raket bölmələri işğalçıların üç helikopterini və bir pilotsuz uçuş aparatını məhv edib.

Xəbər xətti