İraq İrana nota verdi

00:04 - 14 Mart 2022 - DÜNYA

İraq Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfiri İrəc Məscidini çağıraraq bazar günü gecə İraqın Ərbil şəhərinə raket hücumu ilə bağlı etiraz notası təqdim edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əs-Sahaf bildirib.

"Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfirini çağırıb və ona Ərbil şəhərinə raket hücumu ilə bağlı İraq hökumətinin etirazını bildirib", - deyə o vurğulayıb.

Xəbər xətti