Ukraynada öldürülən “New York Times”ın müxbiri deyil - VİDEO

18:42 - 13 Mart 2022 - DÜNYA

Ukraynada həyatını itirən amerikalı jurnalist Brent Reno “The New York Times” qəzetində işləmir.

“Report” xəbər verir ki, bu barədə nəşrin nümayəndəsi Kliff Levi tviterdə məlumat verib.

“Amerikalı jurnalist Brent Renonun Ukraynada vəfatı xəbərindən çox kədərləndik. Brent istedadlı fotoqraf və kinorejissor idi, lakin o, “New York Times” qəzeti tərəfindən Ukraynaya ezamiyyətə göndərliməyib”, - o yazıb.

Onun sözlərinə görə, təqdim edilən akkreditasiya kartı uzun illər əvvəl Renoya verilib.

18:11

Kiyev vilayətinin İrpen şəhərində rusiyalı hərbçilərin açdığı atəş nəticəsində “New York Times”ın müxbiri ölüb.

Bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Geraşenkonun sözlərinə görə, 51 yaşlı jurnalistin qətlilə yanaşı, daha bir jurnalist yaralanıb.

Sonuncunun hazırda xəstəxanada olduğu bildirilib. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Xəbər xətti