Azərbaycanlı stilist qətlə yetirildi - FOTO

14:36 - 13 Mart 2022 - HADİSƏ

Azərbaycanlı stilist Orxan Seyidov dünyasını dəyişib. Bu barədə onun dostları sosial şəbəkədə paylaşım edib.

Olay.az hadisənin təfərrüatını öyrənib.

Bildirilib ki, Orxan Seyidov ötən gecə vəfat edib. Yaxınlarının verdiyi məlumata görə o, qətlə yetirilib. Dəb sənətçisinin bıçaqlandığı deyilir. Hadisənin hansı zəmində baş verməsi isə məlum deyil.

Qeyd edək ki, Orxanın 29 yaşı var idi.

 


Xəbər xətti